“Bakı Marafonu 2022”nin 83 yaşlı iştirakçısı: Artıq bir neçə dəfə Bakıda təşkil edilən belə idman yarışına qatılıram
Artıq bir neçə dəfə Bakıda təşkil edilən belə yüksək səviyyəli idman yarışına qatılıram. Bakı yarımmarafonunda üçüncü dəfə iştirak edirəm. 2017-ci ildə, 2018-cu ildə iştirak edirəm. Bu il üçüncü dəfə iştirak edirəm. Bu gün paytaxtımızın sakinləri və qonaqları üçün əsl bayramdır. Uzun illərdir marafonlarda qaçış idman növü ilə məşğul oluram. Ümumiyyətlə, Azərbaycanda belə uzun məsafəni qaçan mənim yaşda insanlar azdı

Tanrıverdi Əliyev qeyd edib ki, bu qaçış yarışı yaxşı məşğuliyyətdir. Yarışın təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm: “Çox sağ olsunlar bu yarışı təşkil ediblər. İnsanları bu yarışa cəlb ediblər ki, onlar daha çox təmiz havada olsunlar. Arzu edirəm ki, belə tədbirlər çox olsun. Gələcəkdə başqa marafonlarda iştirak etmək istərdim”.

Əvvəllər tikinti sahəsində işlədiyini bildirən “Bakı Marafonu 2022”nin 83 yaşlı iştirakçısı deyib: “Belə yarışlar insanlarda idmanla məşğul olmağa marağı artırır, fiziki cəhətdən sağlamlığı möhkəmləndirir. Düşünürəm ki, əgər insanda idmana maraq, sağlam bədən varsa onun idmanın bütün növlərində perspektivi ola bilər”.

Xəbər 438 dəfə oxundu.