“Əsas həyat bacarıqları” təlimlərinə start verilib
AFFA və “UNICEF Azərbaycan”ın dəstəyi ilə “Əsas həyat bacarıqları” təlimlərinə start verilib.

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunan təlimlər 6 hissədən ibarətdir.

“3x3 qızlar turniri”nin iştirakçılarının qatıldığı təlimlərdə ümumilikdə 120 qız futbolçu iştirak edəcək.

Təlimlərin növbəti mərhələləri mayın 21-də, 28-də, iyunun 4-də, 11-də və 17-də keçiriləcək.

Xəbər 264 dəfə oxundu.