Ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyi davam edir.

ikinci yarış gününə yaşı 15 və 17-yə qədər olan 67 kiloqram çəki dərəcəsində atletlərin mübarizəsi ilə yekun vurulub. Belə ki, toplam 164 kiloqram (74+90) nəticə ilə Abşeron təmsilçisi Məmməd Əhmədzadə 15 yaşlılarda, toplam 267 kiloqram (117+150) nəticə ilə Qazax təmsilçisi Ravin Alməmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mayın 15-dək davam edəcək yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Xəbər 506 dəfə oxundu.