Qazaxın daha bir idmançısı ağır atletika üzrə Azərbaycan birinciliyinin qalibi olub
Mayın 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, Uşaq-Gənclər İnkişaf Mərkəzlərini

təmsil edən 150-yə yaxın gənc atlet iştirak edirlər.

Turnirin birinci gününün yarışlarında yaşı 17-yədək olan atletlərdə 61 kiloqram çəki dərəcəsində fərqlənənlərin adları da məlum olub. Toplam 218 kiloqram (98+120) nəticə ilə Qazax idmançısı Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 185 kiloqram (85+100) nəticə ilə Emil Quliyev gümüş, toplam 166 kiloqram (76+90) nəticə ilə Əmrah Osmanov bürünc medal qazanıb.

Xəbər 489 dəfə oxundu.