Karateçilərimiz Rabatda Premyer Liqa turnirində mübarizəyə başlayıblar
Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin üçüncü mərhələsi başlayıb.

Yarışda iştirak edən 3 idmançımızdan ikisi mübarizəyə başlayıb. Yarımfinalda qələbəni əldən verən Əminağa Quliyev (60 kg) bürünc medal uğrunda görüşə qatılacaq. Onun rəqibi dörddəbir finalda yerli idmançıya məğlub olan digər karateçimiz Sultan Hüseynov olacaq. Medal görüşləri bazar günü keçiriləcək.

Mayın 15-dək davam edəcək turnirdə 48 ölkədən 238 idmançı iştirak edir.

Xəbər 361 dəfə oxundu.