Sumqayıt təmsilçisi Turan Əliyev ölkə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, Uşaq-Gənclər İnkişaf Mərkəzlərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Yaşı 15-dək olan atletlər arasında 61 kiloqram çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Toplam 192 kq (88+104) nəticə ilə Sumqayıt idmançısı Turan Əliyev qalib adına layiq görülüb.

Əli Məhərrəmzadə (85+103) gümüş, Akif Abdullayev (80+93) isə bürünc medal qazanıblar.

Xəbər 466 dəfə oxundu.