Formula E: Vankuver yürüşünü Mərakeş mərhələsi əvəz edəcək
Formula E-nin rəhbərliyi 2022-ci il mövsümü üçün təqvimdə edilən dəyişikliyi açıqlayıb.

iyulun 2-də keçirilməsi planlaşdırılan Vankuver yürüşünü Mərakeş mərhələsi əvəz edəcək.

Dəyişiklik Beynəlxalq Avtomobil Federasiyası tərəfindən də təsdiqlənməlidir.

Mərakeşdə yarış beşinci dəfə təşkil olunacaq. Belə ki, Mərakeş 2016-cı, 2018-2020-ci illərdə də Formula E yarışına ev sahibliyi edib.

Bu həftəsonu Berlində Formula E-nin yeddinci və səkkizinci mərhələləri keçiriləcək.

Xəbər 464 dəfə oxundu.