Şahmatçımız Məhəmməd Muradlı Daşkənddə beynəlxalq turnirdə 6-cı yeri tutub
Daşkənddə şahmat üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan şahmatçıları da iştirak ediblər.

Turnirdə təmsilçilərimizdən ən yaxşı nəticəni Məhəmməd Muradlı göstərib. Belə ki, şahmatçımız 6,5 xalla 6-cı yeri tutub. Komandamızın digər üzvləri Misrətdin İsgəndərov 5,5, Vüqar Əsədli 5, Şahin Vəliyev 4,5, Vüqar Manafov 4 xal toplayıblar. İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarət olub.

Yarışda 46 şahmatçı iştirak edib ki, onlardan da 16-sı qrosmeysterdir.

Xəbər 437 dəfə oxundu.