Millimizin üzvü Almaniya klubunda bombardir olub
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında sonuncu - 28-ci turun oyunları keçirilir.

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” doğma meydanda “Vyedenbrük”ə qalib gəlib – 5:1. Təmsilçimiz bu oyunun iştirakçısı olmayıb.

Qeyd edək ki, “Şalke-2” turnir cədvəlində 47 xalla 20 komanda arasında 9-cudur. R.Dadaşov isə bu mövsüm 19 matçda 11 qol vurub və komandanın bombardiri olub.

Xəbər 470 dəfə oxundu.