Kriştiano Ronaldo XXI əsrdə ən çox het-trik edən futbolçuların siyahısında birincidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox het-trik edən oyunçuların siyahısını açıqlayıb.

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştiano Ronaldo birinci pillədə qərarlaşıb. Forvard karyerası ərzində 60 dəfə buna nail olub.

Fransanın PSJ klubunda çıxış edən Argentina yığmasının futbolçusu Lionel Messi (55) ikinci, Maldiv seçməsinin və “İqlz” klubunun üzvü Əli Aşfak (35) üçüncü sırada yer alıb.

İlk beşliyi Almaniyanın “Bavariya” komandasında çıxış edən polşalı Robert Levandovski (30) və İspaniyanın “Atletiko” (Madrid) klubunun uruqvaylı hücumçusu Luis Suaresi (29) tamamlayıblar.

Xəbər 399 dəfə oxundu.