Millimizin yarımmüdafiəçisi Tellur Mütəllimovun gələn mövsümə hansı klubda başlayacağı dəqiqləşib
Azərbaycan millisinin yarımmüdafiəçisi Tellur Mütəllimovun gələn mövsümə hansı klubda başlayacağı dəqiqləşib.

Son 2 mövsümü “Sumqayıt”da keçirən cinah oyunçusu “Sabah”la müqavilə şərtlərini razılaşdırıb.

“Sumqayıt”ın yeni müqavilə təklifini bəyənməyən, “Səbail”lə apardığı danışıqları dayandıran vinger Masazır təmsilçisi ilə ikiillik anlaşıb. O, burada aylıq 10-12 min manat civarında əməkhaqqı alacaq.

Futbolçunun “Sumqayıt”da məvacibi 8 min manat olub.

Xəbər 346 dəfə oxundu.