Azərbaycan millisi Türkiyədə yoxlama oyununda qüvvəsini sınayacaq
Avropa çempionatının seçmə mərhələsinə hazırlığını davam etdirən 22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan millisi Bakıdakı təlim-məşq toplanışını başa vuraraq Ankaraya yola düşüb.

Yığmamız Türkiyədə yoxlama oyununda qüvvəsini sınayacaq.

Baş məşqçi Eldar Əliyevin komandası türkiyəli həmyaşıdları ilə üz-üzə gələcək.

Komandamız Avropa çempionatının ikinci təsnifat mərhələsində iştirak etmək üçün mayın 19-da Türkiyədən Kosovoya yollanacaq.

Heyətdə Yegor Nikulenko, Mirəşrəf Rzazadə, Ferhat Jenkel, Mais Verdizadə, Roman Qurski, Mərdan Məmmədov, Aslan Həmidov, Yusif Bünyatov, Emil Aşumov, Emin Əmirxanlı, Amirmehdi Ablou və Kənan Həsənli yer alıblar.

Qeyd edək ki, E qrupunda yer alan yığmamız mayın 20-də Kosovo, ertəsi gün Niderland, ayın 22-də isə Slovakiya ilə qarşılaşacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 363 dəfə oxundu.