Azərbaycanın U-17 komandası zambiyalı həmyaşıdlarına məğlub olub
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub. Komandamızın heyətində 28-ci dəqiqədə Musa Məmmədov fərqlənib.

U-17 növbəti oyununu mayın 16-da gürcüstanlı yaşıdlarına qarşı keçirəcək.

Xəbər 231 dəfə oxundu.