UGİM komandası xatirə turnirinin qalibi olub
AFFA-nın və Gənclər və İdman Nazirliyinin dəstəyi, Şimal-Qərb Futbol Federasiyasının təşkılatçılığı ilə Əməkdar məşqçisi Baba Mustafayevin xatirəsinə həsr olunmuş turnir keçirilib.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda turnirin final oyunu təşkil olunub.

Həlledici oyunda “Uğur” komandasını məğlub edən UGİM-in kollektivi xatirə turnirinin qalibi olub.

Yarışda müxtəlif nominasiyalar üzrə - “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı” və “Ən yaxşı hücumçu” oyunçulara mükafatlar təqdim olunub.

Xəbər 377 dəfə oxundu.