Nəsimi rayonunda ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol yarışına yekun vurulub
“Azfar” MMC-nin stadionunda Nəsimi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş minifutbol yarışı keçirilib.

8 komandanın iştirak etdiyi yarışda Azərbaycan Texniki Universitetinin komandası birinci yeri tutub. Azərbaycan Universiteti yarışı ikinci, Bakı Slavyan Universitetinin komandası isə üçüncü pillədə başa vurub.

Mükafatçılar kubok, diplom və medallarla təltif olunublar.

Xəbər 273 dəfə oxundu.