AFFA iki klubu cərimələyib
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

iclasda Azərbaycan Premyer Liqasının 26-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Qəbələ” – “Neftçi” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4 min manat cərimə olunub.

“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4 min manat cərimələnib. Həmçinin Bakı təmsilçisinin fanatları tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat cərimə edilib.

Xəbər 475 dəfə oxundu.