Karateçilərimiz Rabatda Karate1 Premyer Liqa turnirinin üçüncü mərhələsində iştirak edəcəklər
Mayın 13-15-də Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin üçüncü mərhələsi keçiriləcək.

Dünya Karate Federasiyasının (WKF) bu mötəbər silsilə yarışlarında üç idmançımız iştirak edəcək. Qadınların baş məşqçisi Denis Morozov karateçimiz İrina Zaretska (68 kg) ilə birgə Əminağa Quliyev və Sultan Hüseynovu (hər ikisi 60 kg) da müşayiət edəcək.

Yarışda 48 ölkədən 238 idmançı mübarizə aparacaq.

Xəbər 262 dəfə oxundu.