Şahmatçımız Vüqar Əsədli Daşkənddə Aqzamov memorialı yarışında 3-8-ci yerləri bölüşüb | |
Daşkənddə 15-ci dəfə keçirilən Aqzamov memorialı yarışı başa çatıb. Yarışın güclü A turnirində mübarizə aparan təmsilçimiz Vüqar Əsədli 10 turda yeddi xal toplayaraq 3-8-ci yerləri bölüşüb. O, bu nəticə ilə liderdən cəmi 0,5 xal geri qalıb. Digər şahmatçılarımız Misrətdin İsgəndərov, Vüqar Manafov 6, Məhəmməd Muradlı, Şahin Vəliyev 5 xal toplayıblar. On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilib. Turnirdə 66 şahmatçı iştirak edib ki, onlardan da 16-sı qrosmeysterlər olub. |
|
Xəbər 447 dəfə oxundu. |
|
|