“Ayaks” klubu Niderland çempionatının qalibi olub | |
Futbol üzrə Niderland Erediviziyasında cari mövsümün qalibi müəyyənləşib. XXXIII turda evdə “Herenven”i 5:0 hesabı ilə məğlub edən “Ayaks” vaxtından əvvəl qızıl medallara sahib çıxıb. Sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirən Amsterdam təmsilçisi ümumilikdə 36-cı dəfə bu titula yiyələnib. Komanda bu qələbədən sonra xallarını 82-yə çatdırıb. Qeyd edək ki, PSV (78 xal) gümüş, "Feyenoord" (71 xal) isə bürünc medalların sahibi olub. |
|
Xəbər 350 dəfə oxundu. |
|
|