Bədən Tərbiyəsi və İdman Akademiyasında atletika üzrə Bakı çempionatı keçiriləcək
Mayın 13-də və 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Bakı çempionatı keçiriləcək.

Yarışda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayacaqlar.

Ümumilikdə 150 idmançının qatılacağı çempionat iki gün davam edəcək. Çempionatda səkkiz komanda mübarizə aparacaq.

Xəbər 501 dəfə oxundu.