Azərbaycanlı tələbələr boks üzrə Gürcüstan çempionatında iki gümüş medal qazanıblar
Tələbələr arasında boks üzrə Gürcüstan çempionatı keçirilib.

Marneuli Bələdiyyəsinin ev sahibliyi etdiyi birincilikdə Marneuli İdman Məktəbinin boksçuları uğurla çıxış ediblər.

Çempionatda Röyal Bədəlov (52) və Fazil Sultanov (90 kq) gümüş medal qazanıblar.

Marneulidəki “Azərbaycan Evi”ndə (Azerbaijan Hous) qalibləri mükafatlandırma mərasimi keçirilib. Tədbirdə bildirilib ki, turnirin qalibləri müxtəlif beynəlxalq turnirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında Gürcüstan adından çıxış etmək hüququ qazanıblar.

Mərasimdə Gürcüstan Boks Federasiyasının prezidenti David Tsiklauri, Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili, Marneulinin meri Kənan Ömərov, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər 354 dəfə oxundu.