Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan stolüstü tennis üzrə yarış keçirilib
Şabran şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən stolüstü tennis üzrə açıq rayon birinciliyi keçirilib.

Federasiya və Şabran Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkil etdiyi yarış iştirakçıları əvvəlcə Ulu Öndərin Şabran şəhərindəki abidəsini ziyarət edib, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra yarışa start verilib. Maraqlı mübarizə şəraitində keçən rayon birinciliyində beş şəhərin 100-dən çox idmançısı bacarığını göstərib. Yekun nəticələrə görə, “Şabran-1”, “Bakı” və “Şabran-2” komandaları ilk üç yerdə qərarlaşıblar.

Fərqlənən komandalar kubok və diplomlarla mükafatlandırılıblar.

Turnirin yüksək səviyyədə təşkilinə və bu idman növünün təbliğinə görə, Şabran rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Zeynal Zeynalov və ASTF-nin baş katibi Könül Mikayılova fəxri fərman və diplomla təltif olunublar.

Xəbər 666 dəfə oxundu.