Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçilər üçün üzgüçülük üzrə seminar keçiriləcək
Mayın 7-8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Üzgüçülük Federasiyasının və Akademiyanın birgə təşkilatçılığı ilə məşqçilər üçün üzgüçülük üzrə seminar keçiriləcək.

Seminarın bir neçə hissədən ibarət olunacağı nəzərdə tutulub. Hər bir hissə iki gün davam edəcək .

Tədbirdə Azərbaycanda inşa edilmiş Olimpiya komplekslərinin üzgüçülük hovuzlarında məşqçiləri, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən məşqçilər, Akademiyanın 3-4-cü kursda əyani və qiyabi təhsil alan tələbələr iştirak edəcəklər.

Seminarda ümumilikdə 170-ə yaxın məşqçinin iştirakı planlaşdırılır. Seminarı Azərbaycan Üzgüçülük Federasiyasının dəvət etdiyi hazırda dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi olan, üzgüçülük üzrə tanınmış məşqçi İvan Petrov keçəcək.

Tədbir federasiyanın plan təqviminə uyğun olaraq təşkil edilib.

Seminarın açılış mərasimi mayın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olacaq.

Xəbər 577 dəfə oxundu.