“Qarabağ” müdafiəçisi Kevin Medina ilə müqavilənin müddətini artırır | |
Ağdamın “Qarabağ” futbol klubu müdafiəçisi Kevin Medina ilə müqavilənin müddətini artırır. İtaliya və Yunanıstan klublarından təkliflər alan müdafiəçi daha 3 il Azərbaycanda qalacaq. Kolumbiyalı legioner gələn ilin yayında bitəcək müqaviləsini 2 il müddətinə yeniləməyə razılıq verib. Bunun qarşılığında onun qazancı indiki ilə müqayisədə 100-150 min dollar civarında artırılacaq. “Tank” ləqəbli arxa xətt oyunçusu 2020-ci ilin iyulunda "Çaves"dən transfer olunub. |
|
Xəbər 449 dəfə oxundu. |
|
|