Çimərlik futbolu üzrə Azərbaycan millisi Küveyt yığmasına qalib gəlib
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt milli komandası hazırlıq çərçivəsində millimizlə yoldaşlıq oyunu keçirib.

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 5:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Avtoqolun qeydə alındığı oyunda millimizin digər qollarına Orxan Məmmədov (2), Emin Mehdiyev və Elşad Manafov imza atıblar.

Qeyd edək ki, Küveyt millisi Bakı toplanışı çərçivəsində millimizə qarşı mayın 7-də, 8-də və 11-də daha üç oyun keçirəcək.

Xəbər 421 dəfə oxundu.