UEFA Avropa Liqasının finalçıları müəyyənləşib | |
Mayın 5-də futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün yarımfinal mərhələsinin görüşləri keçirilib. Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan "Leyptsiq" bu dəfə "Qlazqo Reyncers"lə Şotlandiyada üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb. Meydan sahibləri isə finala vəsiqə əldə ediblər. Gecənin digər oyununda Almaniyanın "Ayntraxt" klubu öz meydanında İngiltərənin "Vest Hem" komandasını minimal hesabla qalib gələrək (1:0), finala yüksəlib. Londondakı ilk görüş də Frankfurt təmsilçisinin xeyrinə başa çatmışdı - 2:1. |
|
Xəbər 574 dəfə oxundu. |
|
|