Bu gün futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək
Bu gün futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Bununla finala vəsiqə qazanan komandalar məlum olacaq.

Turnirin favoritlərindən “Roma” komandası İtaliyada İngiltərə “Lester”ini qəbul edəcək. “Olimpiko” stadionundakı görüşü serbiyalı referi Srcan Yovanoviç idarə edəcək. Lesterdə keçirilmiş ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Digər cavab oyununda isə Niderlandın “Feyenoord” klubu Fransada “Marsel”lə üz-üzə gələcək. “Velodrom” stadionundakı matçın baş hakimi isveçrəli Sandro Şerer olacaq. Rotterdamdakı ilk görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

“Marsel” turnirin pley-off mərhələsində “Qarabağ” komandasını iki oyunun (3:1, 3:0) nəticəsinə görə mübarizədən kənarlaşdırıb.

Xəbər 481 dəfə oxundu.