Moldova komandası “Prezident kuboku-2022“ Beynəlxalq reqatasında iştirak etmək üçün Bakıya gəlib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına bir gün qalıb.

iştirakçı ölkələrdən Moldova komandası Bakıya gəlib. Qonaqlar Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Moldova komandasını salamlayıb və onlara yarış haqqında məlumat veriblər.

Sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib.

Qeyd edək ki, Moldova “Prezident kuboku”nda 2 idmançı ilə mübarizə aparacaq.

Yarışlar 2 gün davam edəcək.

Reqata mayın 6-sı Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək.

Mayın 7-si isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaqlar. “Prezident kuboku”na ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Xəbər 246 dəfə oxundu.