Burak Demirsaran: Əminəm ki, yarışlar yüksək səviyyədə təşkil olunacaq
Azərbaycan qardaş ölkədir. Burada özümüzü heç yad hiss etmədik.

Bunu Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Burak Demirsaran deyib.

O qeyd edib ki, Federasiyanı təmsil etmək üçün Türkiyədən səkkiz nəfər nümayəndə gəlib.

“Azərbaycana ilk dəfə gəlirəm. Bizi Azərbaycanda hava limanında bayraqlarla və güllərlə qarşıladılar. Bu bizi çox duyğulandırdı. Bu ölkədə keçirilən yarışlarda iştirak etdiyimiz üçün məmnunuq və qürurluyuq. Əminəm ki, yarışlar da yüksək səviyyədə təşkil olunacaq”, - deyə Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü vurğulayıb.


Xəbər 239 dəfə oxundu.