Sabah Rumıniyada start götürəcək şahmat turnirində Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək
Sabah Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turniri start götürür.

Yarışda Azərbaycanı şahmatçımız Şəhriyar Məmmədyarov təmsil edəcək. Qrosmeysterimizlə yanaşı, turnirdə Yan Nepomnyaşi (FIDE), Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), ABŞ təmsilçiləri Levon Aronyan, Fabiano Karuana, Uesli So, Leyner Dominges, macarıstanlı Riçard Rapport və Boqdan Daneel-Dyak (Rumıniya) mübarizə aparacaqlar.

Dairəvi sistem üzrə təşkil olunacaq və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi adına layiq görülüb.

Xəbər 544 dəfə oxundu.