Sabah Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək
Sabah Daşkənddə şahmatçılarımızın da iştirak edəcəkləri Aqzamov memorialı start götürəcək.

15-ci dəfə keçiriləcək yarışın güclü A turnirində Azərbaycan şahmatçıları Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Şahin Vəliyev iştirak edəcəklər. On turdan ibarət olacaq yarış İsveçrə sistemi üzrə keçiriləcək. Turnir mayın 11-dək davam edəcək.

Xəbər 560 dəfə oxundu.