Azərbaycan karateçiləri Karate1 Gənclər liqasını 4 medalla başa vurublar
Aşağı yaşlı karateçilərimiz Kiprin Limassol şəhərində keçirilən Karate1 Gənclər Liqasını 4 Mükafatların ikisi qızıl, ikisi isə gümüş medallardır. Qızıl medalları komandamızın aktivinə Salman Salmanov və Vüsal Qənbərov (hər ikisi U-14) yazdırıblar. Rəşid Süleymanov (70 kq) və Rahib Əzim (+70 kq) isə 14-15 yaşlı yeniyetmələrin yarışında ikinci yerə sahib olublar.

Turnirdə 51 ölkədən 1612 karateçi iştirak edib.

Xəbər 296 dəfə oxundu.