Azərbaycan üzgüçüləri Çexiyada daha 2 medal qazanıblar
Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirin üçüncü günündə daha 2 medal qazanıblar.

Finala vəsiqə qazanmağı bacaran komandamızın üzvlərindən Ramil Vəlizadə 100 metr məsafəyə batterflay üsulla üzgüçülük yarışında 54.52 saniyə nəticə ilə bürünc medala sahib olub.

Digər təmsilçimiz Məryəm Şeyxəlizadəxangah 100 mert məsafəyı batterflay üsulla final yarışında 1 dəqiqə 2.25 saniyə nəticə üçüncü bürünc medalı qazanıb.

Hazırda millimizin aktivində 5 medal var.

Xəbər 328 dəfə oxundu.