Karate1 Gənclər liqasında komandamız 2 medal qazanıb
Kiprin Limassol şəhərində Karate1 Gənclər liqasında iştirak edən karateçilərimiz ilk medallarını qazanıblar.

14-15 yaşlı gənclər arasında Rəşid Süleymanov (70 kq) və Rahib Əzim (70+ kq) gümüş mükafata sahib olublar.

Gənclər liqasına 51 ölkədən 1612 karateçi qatılıb.

Xəbər 478 dəfə oxundu.