Bədii gimnastlarımız Polşada iki medal qazanıblar
Azərbaycan bədii gimnastları Polşanın paytaxtı Varşavada keçirilmiş beynəlxalq "XIV Inna Cup" turnirində iki medal qazanıblar.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, çoxnövçülükdə Kamilla Qafarova gənclər arasında qızıl medala sahib olub.

İlona Zeynalova isə böyüklər arasında gümüş medala yiyələnib.

Xəbər 577 dəfə oxundu.