Sərbəst güləşçilərimiz U-17 Avropa çempionatına hazırlaşırlar
On yeddi yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan yığma komandası Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.

iyunda Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı mayın 6-dək davam edəcək.

Hazırlıq prosesində böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki məşqlər keçirilir.

Qeyd edək ki, komandamızın mayın 9-dan 11-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq “Victory cup” turnirində iştirakı da nəzərdə tutulub.

Xəbər 667 dəfə oxundu.