Karateçilərimiz Limassolda Karate1 Gənclər Liqasında iştirak edirlər
Karate üzrə milli komandaların aşağı yaş qrupları üzrə üzvləri Kiprin Limassol şəhərində keçirilən Karate1 Gənclər Liqasında iştirak edirlər.

Yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev və böyük məşqçilər Seymur Xudaverdiyev, Şahin Atamov və İsmayıl Quliyev (kata) bu dəfə 24 idmançının yarışa qatılmasını məqbul sayıblar. Onlardan 4-ü kata, qalanları isə kumite yarışlarında mübarizə aparırlar. Milli komandanın üzvlərindən başqa bir sıra klub idmançıları da nüfuzlu yarışda çıxış edirlər.

Beynəlxalq hakimlərimiz Seymur Məmmədov və Vüsal İsrafilov yarışı idarə edən referilər arasındadır. Limassolda Karate1 Gənclər liqasına 51 ölkədən 1612 karateçi qatılıb.

Xəbər 475 dəfə oxundu.