Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinin hazırlığına başlayıb
İyirmi iki yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi aprelin 29-dan təlim-məşq toplanışına başlayıb.

Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının ikinci təsnifat mərhələsinə hazırlaşan komanda məşqlərə Bakıda start verib.

On dörd voleybolçunun cəlb olunduğu toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər.

Bakıda təşkil olunan təlim-məşq toplanışı “Murov” voleybol klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında keçiriləcək.

Qeyd edək ki, voleybolçularımız “Avro-2022”nin təsnifat oyunlarında E qrupunda Kosovo, Niderland və Slovakiya milliləri ilə mübarizə aparacaq.

Xəbər 475 dəfə oxundu.