Taekvondo üzrə kişi və qadınlardan ibarət yığmamız Avropa çempionatına hazırlıq məqsədilə Özbəkistana yollanıb
Bu gün kişi və qadınlardan ibarət yığma komandamız Avropa çempionatına hazırlıq məqsədilə Özbəkistana yollanıb.

Millimiz təlim-məşqlərin ilk mərhələsini Bakıda keçirəcək. Yığmamız hazırlığın ikinci mərhələsini Özbəkistan komandası ilə birlikdə təşkil edəcək.

Komandamız Daşkənd şəhərində keçirilən beynəlxalq məşqlərə 14 (8 kişi və 6 qadın) idmançı ilə qatılacaq.

Baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Sənan Həşimov, qadınların baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədov məşqlərə Minayə Əkbərova, Fatimə Məcidova, Patimat Abakarova, Fəridə Əzizova, Sevda Pirseyidova, Qönçə Hüseynli, Radik İsaev, Milad Beigi Hərçəqani, Xanoğlan Kərimov, Pərviz İsgəndərov, Taleh Süleymanov, Gaşım Maqomedov, Səyyad Əlizadə və Eltac Qafarovu cəlb edib.

Təlim-məşqlər mayın 8-dək davam edəcək.

Xatırladaq ki, Avropa çempionatı mayın 19-22-də Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək.

Xəbər 306 dəfə oxundu.