Bədii gimnastlarımız Rumıniyada 5 medal qazanıblar
Rumıniyanın paytaxtı Buxarestdə uşaqlar, yeniyetmələr və gənclər arasında bədii gimnastika üzrə 21-ci "Irina Deleanu Cup” adlı beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmizi təmsil edən gimnastımız Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.

Komandamızın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə üçüncü olub.

Xəbər 249 dəfə oxundu.