“Neftçi” Yusuf Lavala 1 milyon dollar qiymət qoyub
“Neftçi” mövsümün sonunda klubdan ayrılacağı gözlənilən Yusuf Lavala 1 milyon dollar qiymət qoyub.

Bu barədə futbolçunun agenti məlumat verib.

Onun sözlərinə görə, nigeriyalı yarımmüdafiəçiyə İspaniya, Almaniya və ərəb klublarından ciddi təkliflər gəlib.

Bakı klubu ilə 2+1 sistemli müqaviləsi olan futbolçu mövsümün sonunu gözləyir. Əgər “Neftçi” rəhbərliyi Lavalla müqaviləni uzatmasa, o zaman yarımmüdafiəçi əsasən Almaniya və İspaniyadan olan təklifləri nəzərdən keçirəcək.

Xəbər 281 dəfə oxundu.