Azərbaycan Yelkən Federasiyasının ümumi yığıncağı keçirilib
Aprelin 26-da Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Sonra, Azərbaycan Yelkənli İdman Federasiyasının hesabatı dinlənilib, federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Təşkilatın bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılması qərara alınıb.

Ardınca federasiya rəhbərliyinə yeni seçki keçirilib. Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib.

Konfransda həmçinin, Burcu Alqon Girogianni federasiyanın vitse-prezidenti, Asif Mehdiyev, Ülvi Həsənov və Tatyana Srebnaya isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Federasiya prezidenti çıxış edərək yenidən etimad göstərildiyi üçün təşəkkür edib və bundan sonra görüləcək işlər, yeni planlar barədə məlumat verib.

Xəbər 1049 dəfə oxundu.