Badmintonçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
Aprelin 25-də İspaniyanın paytaxtı Madrid şəhərində badminton üzrə Avropa çempionatına start verilib.

Mübarizəyə 1/16 finaldan başlayacaq badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında ilk görüşünü İrlandiya təmsilçisi Nhat Nguyenə qarşı keçirəcək.

Kişi badmintonçuların qoşa yarışında ölkəmizi təmsil edən Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi isə 1/16 final mərhələsində Covanni Qreko-Kevin Strobl (İtaliya) cütü ilə qarşılaşacaq.

Hər iki görüş aprelin 26-da keçiriləcək.

Xəbər 333 dəfə oxundu.