Fərid Ağayev: Karate1 Premyer Liqa turnirində finala vəsiqə qazanmağım özümə inamımı artırdı
Finaladək 5 görüş keçirdim. Hər qarşılaşma öz çətinliyi ilə yadda qaldı. Böyüklər arasında belə bir nüfuzlu turnirdə qızıl medal uğrunda görüşə vəsiqə qazanmağım özümə inamımı artırdı.


O qeyd edib ki, dörddəbir finalda ABŞ təmsilçisi ilə qarşılaşmam daha gərgin idman mübarizəsi şəraitində keçdi. Öz çəki dərəcəmdə dünya reytinqində 45-ci pillədə qərarlaşmışam. Rəqibim isə dünya reytinqində dördüncü idi və onu məğlub etməyi bacardım. Sonrakı görüşdə yerli idmançıdan bir xal geridə olsam da, böyük əzmkarlıq nümayış etdirərək finala vəsiqə qazandım.

F.Ağayev deyib: “Həlledici mərhələdə rəqibim İtaliya təmsilçisi De Vivo Daniele idi. O, çox təcrübəli idmançı olsa da, qalib olmaq şansım çox idi. Sonda ona 0:1 hesabı - cərimə ilə uduzdum. Bu yarış mənə çox böyük təcrübə qazandırdı. İnanıram ki, gələcəkdə daha böyük nailiyyətlərə imza atacağam”.

Xəbər 284 dəfə oxundu.