“Fənərbağça” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib
Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İstanbul klubu Jorje Jezuşla anlaşıb.

İstanbul klubunun prezidenti Ali Koç Lissabona yollanaraq, 68 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında danışıqlar müsbət məcrada keçib və ilkin razılıq əldə olunub.

Portuqaliyalı mütəxəssisin məşqçi korpusu ilə birlikdə illik qazancı 6 milyon avro təşkil edəcək. O, yeni klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

Jezusun son klubu “Benfika” olub.

Xəbər 406 dəfə oxundu.