“Barselona”nın müdafiəçisi zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq
“Barselona”nın müdafiəçisi Serjinyo Dest zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Oyunçu ötən gün “Rayo Valekano” ilə matçda (0:1) zədələnib. Bu səhər aparılan testlər nəticəsində Destin sağ bud vətərlərinin zədələndiyi müəyyənləşib. O, mövsümün qalan hissəsində meydana çıxmayacaq.

Qeyd edək ki, Dest bu mövsüm “Barselona”nın heyətində 27 oyunda 3 qolun ötürməsini edib.

Xəbər 261 dəfə oxundu.