Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyada ikinci qolunu vurub | |
Futbol üzrə Xorvatiya çempionatında 31-ci turun oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb. Komanda doğma meydanda “İstra”nı qəbul edib. Futbolçumuzun komandası oyundan 3:0 hesablı qələbə ilə ayrılıb. M.Emreli də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. “Dinamo”nun üçüncü qolunu da məhz M.Emreli vurub. O, 50-ci dəqiqədə rəqib qapısına yol tapmaqla matçda yekun nəticəni müəyyənləşdirib. Bu, azərbaycanlı futbolçunun Xorvatiya klubunda ikinci qoludur. Bu nəticədən sonra xalını 66-ya çatdıran “Dinamo” turnir cədvəlinin vahid liderdir. |
|
Xəbər 143 dəfə oxundu. |
|
|