Avropa çempionatı: Boksçumuz dörddəbir finala yüksəlib
Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.

48 kiloqram çəki dərəcəsində gücünü yoxlayan yığmamızın üzvü yarışa səkkizdəbir final mərhələsindən qoşulub. O, debüt görüşündə Telet Yağlı (Türkiyə) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Azərbaycan çempionunun qələbəsi ilə yekunlaşıb – 4:0.

K.Babayev aprelin 19-da dörddəbir finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşacaq.

Qeyd edək ki, Avropa birinciliyinin ilk günündə millimizin üzvlərindən Daniel Xolostenko (71 kq) Andrey Osiyevsçini (Moldova), Səid Abdullayev (67 kq) Samuel Quqliottanı (İtaliya) mübarizədən kənarlaşdırıb.

Xəbər 433 dəfə oxundu.