Basketbol üzrə məktəblilərin respublika birinciliyi çərçivəsində növbəti zona yarışları keçirilib
Azərbaycan Basketbol Federasiyasının təşəbbüsü ilə oğlanlar və qızlar arasında keçirilən məktəblilərin respublika birinciliyi çərçivəsində növbəti zona mərhələsi keçirilib.

Zona mərhələsində, “Şərq” bölgəsi üzrə həm oğlanlar, həm də qızlar arasında Nərimanov və Səbail rayon komandaları əsas mərhələyə vəsiqə qazanıblar. “Qərb” bölgəsi üzrə isə oğlanlarda Gəncə, Yevlax, qızlarda isə Gəncə və Göygöl komandaları turnirin əsas mərhələsində iştirak etmək hüququ əldə ediblər.

Xəbər 247 dəfə oxundu.