Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan çempionatında yüksək nailiyyət qazanıblar
Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan çempionatında yüksək nailiyyət əldə edib.

17 yaşadək yeniyetmə idmançılar arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Həmin yarışlara qatılan “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri və uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları sərbəst güləş üzrə 4 qızıl, 2 gümüş, 4 bürünc, Yunan-Roma güləşi üzrə isə 6 qızıl, 4 gümüş, 4 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.

Xəbər 504 dəfə oxundu.